Ev TexnologiyaFinlandiya F-35 proqramında mühüm mərhələyə keçdi

Finlandiya F-35 proqramında mühüm mərhələyə keçdi

by Baş Redaktor
17 Baxış

Finlandiyanın müdafiə sənayesi şirkəti “Patria” F-35 “Lightning II” qırıcıları üçün ön gövdə hissələrinin və F135 mühərriklərinin istehsalına başladığını elan edib.

Army.az xəbər verir ki, şirkətin açıqlamasına əsasən, bununla “Patria” ABŞ-dən kənarda F-35 təyyarəsinin ön gövdəsini istehsal edən ilk sənaye tərəfdaşı statusunu qazanıb.

Hazırlanan komponentlər son montaj mərhələsi üçün ABŞ-də yerləşən “Lockheed Martin” istehsal müəssisəsinə göndəriləcək.

Bildirilib ki, Finlandiyanın HX qırıcı proqramı çərçivəsində həyata keçirilən sənaye əməkdaşlığına uyğun olaraq, “Patria” 2026–2042-ci illər ərzində ümumilikdə 400 ədəd F-35 ön gövdəsi və eniş qurğusunun qapaqları dəstini istehsal etməyi planlaşdırır.

banner

Əlaqəli Yazılar Xüsusi