İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Suriyanın Ət-Tənf bölgəsində yerləşən ABŞ hərbi komanda məntəqəsinə zərbə endirdiyini açıqlayıb.
Army.az xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.
Bəyanatda iddia olunur ki, əməliyyat nəticəsində bir radiolokasiya kompleksi və bir neçə xüsusi təyinatlı helikopter məhv edilib. Həmçinin çoxsaylı ABŞ hərbçilərinin zərərsizləşdirildiyi irəli sürülüb.
SEPAH əlavə edib ki, Hörmüz boğazına nəzarət tam şəkildə İran silahlı qüvvələrinin əlində qalır. Qurum bildirib ki, ABŞ tərəfindən hərbi əməliyyatlar davam etdirildiyi təqdirdə, boğaz vasitəsilə neft və təbii qaz ixracına icazə verilməyəcək.
