Ev Ekspert rəyiEkspertdən xəbərdarlıq: Türkiyə qarşıdakı qışda enerjisiz qala bilər

Ekspertdən xəbərdarlıq: Türkiyə qarşıdakı qışda enerjisiz qala bilər

by Baş Redaktor
18 Baxış

Ukrayna Silahlı Qüvvələrinin “Mavi axın” qaz kəmərinin infrastrukturuna hücumları Türkiyənin qarşıdakı qışda qaz təminatında ciddi problemlərlə üzləşməsinə səbəb ola bilər.

Army.az xəbər verir ki, bu barədə RİA Novosti-yə açıqlamasında türkiyəli iqtisadçı və maliyyə analitiki Özlem Tekindor bildirib.

Onun sözlərinə görə, Ankara Kiyevə qaz kəmərinin infrastrukturuna yönələn hücumların qış aylarında Türkiyədə enerji çatışmazlığına gətirib çıxara biləcəyini açıq şəkildə bəyan etməkdə kifayət qədər qətiyyət nümayiş etdirmir:

“Enerji infrastrukturunun təhlükəsizliyi siyasi vəziyyətdən asılı olmayaraq Türkiyə üçün əsas prioritetlərdən biri olmalıdır. Rusiyadan Türkiyəyə qaz nəqlində mühüm rol oynayan “Mavi axın”ın infrastrukturuna mümkün təhlükələr qış mövsümündə təchizatın sabitliyinə mənfi təsir göstərə bilər. Türkiyə milli maraqlarını daha qətiyyətlə müdafiə etməli və enerji infrastrukturunun təhlükəsizliyi ilə bağlı mövqeyini aydın şəkildə ortaya qoymalıdır”.

banner

Əlaqəli Yazılar Xüsusi