İran son 24 saat ərzində Bəhreyn, Küveyt və İordaniyada yerləşən ABŞ-yə məxsus 11 hərbi bazaya raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini açıqlayıb.
Army.az xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti IRIB məlumat yayıb.
Məlumata görə, hücumlar zamanı Bəhreyndəki 4, Küveytdəki 5 və İordaniyadakı 2 ABŞ hərbi bazası hədəfə alınıb.
Bundan əlavə, İranın ardıcıl dördüncü gündür Küveytdəki elektrik stansiyalarına və dəniz suyunun şirinləşdirilməsi obyektlərinə də zərbələr endirdiyi bildirilir.
Küveytin Elektrik Enerjisi, Su Təchizatı və Bərpa Olunan Enerji Mənbələri Nazirliyi isə açıqlamasında ötən axşam bir neçə enerji və su təchizatı obyektinin hücuma məruz qaldığını təsdiqləyib. Bildirilib ki, bəzi obyektlərdə yanğın baş versə də, alov qısa müddətdə söndürülüb.
Nazirlik həmçinin qeyd edib ki, avadanlıqların təhlükəsizliyini təmin etmək və enerji ilə su təchizatı sistemlərinin dayanıqlığını qorumaq məqsədilə bəzi enerji blokları müvəqqəti olaraq istismardan çıxarılıb.
