Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə mümkün ərazi mübadiləsini müzakirə etməkdən imtina etdiyi bildirilir.
Army.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilib ki, Moskva əvvəlki mövqeyində qalaraq Donbas üzərində tam nəzarət əldə etməyə çalışır.
Nəşrin məlumatına görə, Rusiya rəhbərliyi hazırda nəzarətində olan əraziləri Ukraynaya qaytarmaq niyyətində deyil.
Məlumata əsasən, ABŞ vasitəçilərinin mümkün sülh sazişi çərçivəsində mübadilə variantı kimi təklif etdiyi Sumı və Xarkov vilayətlərinin bəzi hissələri də bu məsələyə daxildir.
