İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüş zamanı İranla mümkün razılaşmanın əldə olunacağına inamının zəif olduğunu bildirib.
Army.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Məlumata əsasən, tərəflər iyulun 28-də baş tutan görüşdə İranın nüvə proqramı ilə bağlı mümkün razılaşma perspektivlərini, ABŞ-ın dəniz blokadasını davam etdirməsi ehtimalını, eləcə də Tehrana qarşı genişmiqyaslı hərbi əməliyyatların mümkünlüyünü müzakirə ediblər.
Nəşrin yazdığına görə, Netanyahu danışıqlar zamanı İranla razılığın əldə olunacağı ehtimalına skeptik yanaşdığını Trampın diqqətinə çatdırıb.
