Ev DünyaPaşinyan: Ermənistan hökuməti bazar günü istefa verəcək

Paşinyan: Ermənistan hökuməti bazar günü istefa verəcək

by Baş Redaktor
19 Baxış

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin yaxın günlərdə istefa verəcəyini açıqlayıb.

Army.az xəbər verir ki, Paşinyanın sözlərinə görə, iyulun 30-da keçirilən hökumət iclası hazırkı komandanın son toplantısı olub və bazar günü bütün hökumət üzvləri istefa təqdim edəcəklər.

Ermənistan Baş naziri bildirib ki, Milli Məclisin 9-cu çağırışının tərkibi müəyyənləşdirilməzdən əvvəl bu addım atılacaq.

“Bundan sonra Ermənistan Prezidenti parlamentdə səs çoxluğu ilə namizədliyi irəli sürülən şəxsi baş nazir təyin edəcək. Bu komanda ilə sonuncu dəfə bir araya gəlirik”, – deyə Paşinyan qeyd edib.

banner

Əlaqəli Yazılar Xüsusi