Ev DünyaPaşinyan: Ermənistanın böyük geosiyasi iddiaları yoxdur

Paşinyan: Ermənistanın böyük geosiyasi iddiaları yoxdur

by Baş Redaktor
18 Baxış

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin ABŞ və İran arasında yaranmış gərginliyin aradan qaldırılması prosesində vasitəçi olmaq iddiasında olmadığını bildirib.

Army.az xəbər verir ki, Paşinyan bu barədə jurnalistlərin Ermənistanın Vaşinqton və Tehran arasında vasitəçilik edə biləcəyi ilə bağlı sualını cavablandırarkən danışıb.

Baş nazir qeyd edib ki, Ermənistan kiçik dövlətdir və böyük güclər arasındakı münasibətlərə müdaxilə etmək niyyətində deyil.

“Ermənistan təvazökar və kiçik dövlətdir. Böyük ölkələr arasında münasibətlərin tənzimlənməsinə qarışmaq barədə düşünmək doğru olmaz. Bizim belə iddialarımız yoxdur və ola da bilməz”, – deyə Paşinyan vurğulayıb.

banner

Əlaqəli Yazılar Xüsusi