Ev Dünyaİlon Maskdan Avropa üçün həyəcan təbili: “Yoxa çıxırlar”

İlon Maskdan Avropa üçün həyəcan təbili: “Yoxa çıxırlar”

by Baş Redaktor
35 Baxış

Məşhur amerikalı iş adamı İlon Mask Avropa və digər Qərb ölkələrinin ciddi demoqrafik böhranla üzləşdiyini bildirib.

Army.az xəbər verir ki, milyarder bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

Mask qeyd edib ki, hazırda Avropa İttifaqına üzv olan 27 ölkədən 21-də ölən insanların sayı doğulan uşaqların sayını üstələyir.

“Bu ölkələrin əhalisi yoxa çıxmağa doğru gedir”, – deyə o yazıb.

banner

İlon Mask son illərdə dəfələrlə aşağı doğum səviyyəsinin dünya ölkələri, xüsusilə də inkişaf etmiş dövlətlər üçün əsas uzunmüddətli problemlərdən biri olduğunu vurğulayıb.

Əlaqəli Yazılar Xüsusi