İtaliyanın Baş naziri Corciya Meloni qanunsuz miqrantların geri qaytarılması üçün “Albaniya modeli”nə bənzər mərkəzlərin digər ölkələrdə də yaradılmasını təklif etməyə hazırlaşır.
Army.az xəbər verir ki, Meloni avqustun 4-də keçiriləcək Avropa İttifaqı Şurasının iclasında qeyri-qanuni miqrasiyanın idarə olunması ilə bağlı yeni təşəbbüs irəli sürəcək.
Təklifə əsasən, Avropa İttifaqının maliyyə dəstəyi ilə Aİ sərhədlərindən kənarda, o cümlədən Ermənistan, Monteneqro və Afrika ölkələrində qanunsuz miqrantların yerləşdirilməsi və geri göndərilməsi prosesinin təşkili üçün xüsusi mərkəzlər yaradılmalıdır.
İtaliya mediasının yazdığına görə, Meloni bu təşəbbüslə Aİ daxilində özünün sərt miqrasiya siyasətinə artan dəstəyi nümayiş etdirməyə çalışır.
