Ev Hərbi Xəbərlərİrandan diqqətçəkən etiraf: Güzəştlər əks nəticə verdi

İrandan diqqətçəkən etiraf: Güzəştlər əks nəticə verdi

by Baş Redaktor
31 Baxış

İran hakimiyyəti ABŞ-la danışıqlarda yeni strategiyaya üstünlük verməyə hazırlaşır.

Army.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, Tehran əvvəlki çevik siyasətin uğursuz olduğu qənaətinə gəlib:

“İran rəhbərliyi hesab edir ki, indiyədək nümayiş etdirilən kompromis cəhdləri Vaşinqtonun mövqeyini yumşaltmayıb. Əksinə, bu addımlar ABŞ-ın təzyiqlərini daha da gücləndirib və Tehranın danışıqlardakı mövqeyini zəiflədib.

banner

İran rəsmiləri ABŞ Prezidenti Donald Trampın güzəştləri zəiflik əlaməti kimi qiymətləndirdiyini və buna cavab olaraq təzyiqləri artırdığını düşünürlər.

Bu səbəbdən Tehran hesab edir ki, Vaşinqtonla nəticəyönümlü dialoq yalnız kifayət qədər təsir rıçaqları formalaşdırıldıqdan sonra mümkün ola bilər. İran rəhbərliyi danışıqların yalnız bərabər şərtlər əsasında aparılacağı təqdirdə real irəliləyişin əldə ediləcəyinə inanır”.

Əlaqəli Yazılar Xüsusi