“Hizbullah” və Suriya rəhbərliyi arasında görüş üçün heç bir maneə yoxdur”.
Army.az xəbər verir ki, bunu təşkilatın lideri Naim Qasım bildirib.
Onun sözlərinə görə, belə bir görüş tərəflərin qarşılıqlı razılığı və uyğun zamanın müəyyənləşdirilməsindən sonra baş tuta bilər.
Qasım qeyd edib ki, sabit Suriyanın Livan üçün mühüm dəstək mənbəyi olduğunu, eyni zamanda sabit Livanın da Suriya üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Suriyanın “Hizbullah”a qarşı mübarizədə mümkün rolundan danışmışdı. O, Suriya Prezidenti ilə yaxşı münasibətlərinin olduğunu və Dəməşqin Livandakı qrupla bağlı addımlar ata biləcəyini istisna etmədiyini bildirmişdi.
