İran Prezidenti Məsud Pezeşkian HƏMAS-ın Siyasi Bürosunun rəhbəri Xəlil əl-Hayya ilə telefon danışığı zamanı Tehranın Qəzza zolağı ilə bağlı aparılan danışıqlarda hərəkatın mövqeyini dəstəkləyəcəyini bildirib.
Army.az xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.
Pezeşkian qeyd edib ki, İran Fələstin tərəfinin danışıqlar prosesi çərçivəsində verəcəyi bütün qərarları və irəli sürəcəyi təşəbbüsləri dəstəkləyəcək.
İran Prezidenti bildirib ki, Tehran Qəzza məsələsində Fələstin rəhbərliyinin mövqeyinə uyğun addımları dəstəkləməyə davam edəcək.
