Ev Dünyaİki ölkə arasında iqtisadi əlaqələr zəifləyir – Yeni statistika açıqlandı

İki ölkə arasında iqtisadi əlaqələr zəifləyir – Yeni statistika açıqlandı

by Baş Redaktor
61 Baxış

Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsində ciddi azalma müşahidə olunur. Moskvanın qiymətləndirməsinə görə, bu tendensiyanın yaxın dövrdə də davam edəcəyi gözlənilir.

Army.az xəbər verir ki, bu barədə Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk Çolpon-Ata şəhərində jurnalistlərə açıqlamasında danışıb.

Onun sözlərinə görə, Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə Ermənistan arasındakı münasibətlərdə yaranmış vəziyyət əvvəlcədən gözlənilən idi və Rusiya tərəfi son 3-4 il ərzində bu barədə erməni tərəfini dəfələrlə məlumatlandırıb.

Overçuk bildirib ki, 2024-cü ildə Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi rekord həddə çataraq təxminən 12 milyard dollar təşkil edib. Lakin ötən il bu göstərici 8 milyard dollara qədər azalıb.

banner

Rusiya rəsmisinin sözlərinə görə, cari ildə də ticarət dövriyyəsində eniş sürətlənib və mövcud dinamika onun yaxın aylarda da azalmağa davam edəcəyini göstərir.

Əlaqəli Yazılar Xüsusi