Ermənistan Milli Assambleyasında müxalifətə ayrılan sədr müavini vəzifəsinə Aram Vardevanyan seçilib.
Army.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
“Güclü Ermənistan” fraksiyasının nümayəndəsi olan Vardevanyanın namizədliyi parlamentdə keçirilən səsvermədə dəstək qazanıb. Maraqlıdır ki, onun lehinə hakim “Mülki müqavilə” partiyasının deputatları da səs veriblər.
Beləliklə, Vardevanyan Ermənistan parlamentində üçüncü sədr müavini postunu tutub. Qanunvericiliyə əsasən, bu vəzifələrdən biri müxalifət nümayəndəsinə həvalə edilməlidir.
Milli Assambleyanın 105 deputatından 53-ü səsvermədə iştirak edib və onların hamısı Vardevanyanın namizədliyini dəstəkləyib.
Bundan əvvəl parlamentin digər iki sədr müavini də seçilmişdi. Həmin vəzifələrə hakim “Mülki müqavilə” fraksiyasının nümayəndələri Ayq Kondjoryan və Vaahn Aleksanyan gətiriliblər.
