Ev DünyaMoldova Rusiyadakı səfirini geri çağırdı

Moldova Rusiyadakı səfirini geri çağırdı

by Baş Redaktor
51 Baxış

Moldova Rusiyadakı diplomatik nümayəndəsini məsləhətləşmələr aparmaq üçün ölkəyə geri çağırıb.

Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Qərara Stefan Voda rayonunun Krokmaz kəndi ərazisinə pilotsuz uçuş aparatının düşməsi səbəb olub. Moldova Xarici İşlər Nazirliyi insidenti kəskin şəkildə pisləyərək hadisənin ölkənin təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq yaratdığını bildirib.

Nazirliyin yaydığı açıqlamada dronun Moldova ərazisinə düşməsi ölkənin suverenliyi və ərazi bütövlüyünün ciddi şəkildə pozulması kimi qiymətləndirilib. Bildirilib ki, insident həmçinin Moldova vətəndaşlarının təhlükəsizliyi üçün risk yaradıb.

banner

Əlaqəli Yazılar Xüsusi