Ev DünyaMoskva Paşinyana ultimatum verdi? “İkinci mərhələ”nin detalları açıqlanır

Moskva Paşinyana ultimatum verdi? “İkinci mərhələ”nin detalları açıqlanır

by Baş Redaktor
33 Baxış

Rusiya ilə Ermənistan arasında gərginlik yeni mərhələyə keçə bilər. Moskvanın Baş nazir Nikol Paşinyan hökumətinə təxminən bir ay vaxt verdiyi, bu müddət ərzində İrəvanın Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında seçimini dəqiqləşdirməsinin gözlənildiyi iddia olunur.

Army.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Nəşrin mənbələri bildiriblər ki, Ermənistanın mövqeyi dəyişməzsə, Rusiyanın təzyiq tədbirlərinin daha sərt mərhələsi başlaya bilər. Bunun hansı formada həyata keçiriləcəyi ilə bağlı bütün detalların məlum olmadığı qeyd edilir. Lakin mənbələr iqtisadi sanksiyalar və ixrac məhdudiyyətləri ilə yanaşı, daha ciddi addımların da mümkün olduğunu vurğulayıblar.

İddia olunan ssenarilərdən biri Rusiyada yaşayan Ermənistan vətəndaşları ilə bağlıdır. Məlumata görə, Moskva bu istiqamətdə sərt qərar qəbul edərək erməni miqrantların ölkədən deportasiyasına başlaya bilər.

banner

Əlaqəli Yazılar Xüsusi