Ev DünyaTramp qolf oynayarkən ətrafına raket kompleksi yerləşdirildi

Tramp qolf oynayarkən ətrafına raket kompleksi yerləşdirildi

by Baş Redaktor
35 Baxış

ABŞ Prezidenti Donald Trampın Nyu-Cersidə qolf turnirində iştirakı zamanı onun təhlükəsizliyi gücləndirilib. ABŞ hərbçiləri prezidentin yaxınlığında Humvee bazasında AN/TWQ-1 Avenger zenit-raket kompleksini və AN/MPQ-64 Sentinel radarını yerləşdiriblər.

Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

NORAD komandanlığı bildirib ki, ABŞ ordusu hava təhdidlərindən dövlət başçısının qorunmasına görə Məxfi Xidmətə dəstək verir.

“Avenger” kompleksi “Stinger” raketləri ilə təchiz olunub və aşağı hündürlükdə uçan müxtəlif hədəfləri, o cümlədən pilotsuz uçuş aparatları və təyyarələri vurmaq imkanına malikdir.

banner

Beləliklə, Trampın qolf oyunu zamanı prezidentin mühafizəsi üçün yalnız ənənəvi təhlükəsizlik tədbirləri deyil, həm də hava hücumundan müdafiə vasitələri cəlb edilib.

Əlaqəli Yazılar Xüsusi