ABŞ vitse-prezidenti Ceyms Devid Vensin Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığında Kiyevdən Xəzər Boru Kəməri Konsorsiumunun (XBKK) infrastrukturuna qarşı hücumları dayandırmağı xahiş etdiyi bildirilir.
Army.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Bildirilib ki, sözügedən müraciət iyulun 31-də baş tutan telefon danışığı zamanı səsləndirilib. Nəşr yazır ki, həmin görüşdən sonra XBKK obyektlərinə analoji hücum qeydə alınmayıb.
“Ukrayna Vaşinqtonun xahişinə müsbət yanaşaraq ABŞ-dən “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket-interseptorların istehsalına lisenziya almaqla bağlı razılıq əldə edib”.
Vensin və Zelenskinin ofisləri qəzetin sorğusuna cavab verməyib. XBKK-nın səhmdarları arasında yer alan ABŞ şirkətləri “Chevron” və “ExxonMobil” da məlumatla bağlı şərh verməkdən imtina edib.
