İranla ABŞ arasında mövcud atəşkəs rejiminin müddətinin uzadılması ilə bağlı hər hansı müzakirə aparılmayıb.
Army.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, Tehran atəşkəsi hazırda qüvvədə hesab etmir. Buna səbəb kimi ABŞ-ın anlaşma memorandumunu imzaladıqdan 48 saat sonra razılaşmanı pozması göstərilir.
Onun sözlərinə görə, hazırda tərəflər memorandumun şərtlərinin bərpası və həmin müddəaların necə həyata keçiriləcəyinin müəyyənləşdirilməsi üzərində müzakirələr aparırlar. Lakin bu istiqamətdə hələlik konkret nəticə əldə olunmayıb.
“Hazırda müzakirələr memorandumun müddəalarına qayıtmaq və onların necə icra olunacağını müəyyənləşdirmək ətrafında aparılır. Amma hələlik bu istiqamətdə irəliləyiş əldə olunmayıb”, – İran rəsmisi deyib.
