Ev Hərbi Xəbərlərİran: ABŞ ilə vasitəçilər üzərindən danışıqlar davam edir

İran: ABŞ ilə vasitəçilər üzərindən danışıqlar davam edir

by Baş Redaktor
38 Baxış

İran ABŞ ilə təmasları vasitəçi ölkələrin iştirakı ilə davam etdirir və mövcud fikir ayrılıqlarının diplomatik yollarla həllini əsas istiqamət kimi görür.

Army.az xəbər verir ki, bu barədə İranın Tailanddakı səfiri Nəsrəddin Heydəri açıqlama verib. Onun sözlərinə görə, tərəflər arasında mesajlaşma və müzakirələr vasitəçilər kanalı ilə hələ də davam edir.

Heydəri bildirib ki, prosesin gələcəyi böyük ölçüdə ABŞ tərəfinin üzərinə götürdüyü öhdəliklərə nə qədər sadiq qalacağından asılıdır.

Diplomatik həllin Tehran üçün əsas prioritet olaraq qaldığını vurğulayan səfir, eyni zamanda İranın ölkəsinin təhlükəsizliyini və ərazi bütövlüyünü qorumağa hazır olduğunu qeyd edib.

banner

Əlaqəli Yazılar Xüsusi