Ev TexnologiyaŞimali Koreyadan ABŞ-a : “Nüvə müharibəsi təhlükəsi artır”

Şimali Koreyadan ABŞ-a : “Nüvə müharibəsi təhlükəsi artır”

by Baş Redaktor
44 Baxış

Şimali Koreya ABŞ-ın yeni nüvə strategiyasının qlobal təhlükəsizlik balansına ciddi təsir göstərəcəyini və yeni silahlanma yarışına yol aça biləcəyini açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilib ki, Pxenyan Vaşinqtonun nüvə siyasətini kəskin şəkildə tənqid edib.

Şimali Koreyanın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda ABŞ-ın yeni nüvə doktrinasının dünyadakı mövcud nüvə balansını zəiflədəcəyi və dövlətlər arasında nüvə silahlanması üzrə rəqabəti daha da sürətləndirəcəyi bildirilib. Pxenyan hesab edir ki, bu siyasət beynəlxalq təhlükəsizlik mühitini nüvə müharibəsi riskinin artdığı təhlükəli mərhələyə yaxınlaşdırır.

banner

Bundan başqa, Şimali Koreya ABŞ və Cənubi Koreyanın yay aylarında keçirməyi planlaşdırdığı hərbi təlimlərə də etiraz edib.

Əlaqəli Yazılar Xüsusi