Ev Hərbi XəbərlərRumıniya səmasında naməlum PUA: Ukrayna sərhədinə yaxın əraziyə düşdü

Rumıniya səmasında naməlum PUA: Ukrayna sərhədinə yaxın əraziyə düşdü

by Baş Redaktor
56 Baxış

Rumıniyanın Ukrayna ilə sərhədə yaxın Lunçavişa kəndi ətrafında naməlum mənşəli pilotsuz uçuş aparatı yerə düşüb.

Army.az xəbər verir ki, Rumıniya Müdafiə Nazirliyinin məlumatına görə, insident Ukrayna sərhədindən təxminən 5 kilometr məsafədə baş verib.

Məlumata əsasən, PUA meşəlik əraziyə düşüb. Hadisə nəticəsində heç kimin xəsarət almadığı bildirilib.

Diqqətçəkən məqam isə pilotsuz aparatın Rumıniya ordusunun radar-müşahidə sistemləri tərəfindən əvvəlcədən aşkar edilməməsidir. Nazirlik dronun aşağı hündürlükdə uçduğunu qeyd edib.

banner

Hazırda pilotsuz uçuş aparatının mənşəyi və Rumıniya ərazisinə hansı şəraitdə daxil olduğu ilə bağlı araşdırma aparılır.

Əlaqəli Yazılar Xüsusi