Ev DünyaABŞ 35 ölkəyə seçim qarşısında qalacaqları barədə xəbərdarlıq edəcək

ABŞ 35 ölkəyə seçim qarşısında qalacaqları barədə xəbərdarlıq edəcək

by Baş Redaktor
57 Baxış

ABŞ administrasiyası 35 ölkəyə Vaşinqton və Pekinin texnologiya sahəsindəki təşəbbüsləri arasında seçim etmələrinin vacibliyi ilə bağlı xəbərdarlıq göndərməyə hazırlaşır.

Army.az xəbər verir ki, “Reuters”in məlumatına görə, Çin tərəfindən irəli sürülən rəqib texnoloji təşəbbüsdə iştirak edən ölkələrin ABŞ-ın rəhbərlik etdiyi koalisiyadan kənarlaşdırılması nəzərdə tutulur.

Məlumata əsasən, bununla bağlı ABŞ Dövlət Departamentində məktub layihəsi hazırlanıb. Sənəd “Pax Silica” təşəbbüsünün iştirakçılarına göndəriləcək.

2025-ci ildə yaradılan “Pax Silica” çərçivəsində əsas diqqət süni intellekt, yarımkeçiricilər və kritik minerallarla bağlı təchizat zəncirlərinin təhlükəsizliyinin təmin edilməsinə yönəlib. ABŞ bu təşəbbüsü texnoloji və iqtisadi təhlükəsizlik baxımından mühüm platforma kimi təqdim edir.

banner

Əlaqəli Yazılar Xüsusi