Ev Hərbi XəbərlərABŞ İranla əlaqə yaratmaq üçün gözlənilməz vasitəçi seçdi

ABŞ İranla əlaqə yaratmaq üçün gözlənilməz vasitəçi seçdi

by Baş Redaktor
42 Baxış

ABŞ Prezidenti Donald Trampın administrasiyası may ayında İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) rəhbərliyi ilə təmasların qurulması üçün İraq Kürdüstanının rəhbəri Nəçirvan Bərzaninin vasitəçiliyindən yararlanmağa çalışıb.

Army.az xəbər verir ki, bu barədə “Axios” məlumat verib.

Bildirilib ki, Vaşinqton danışıqların təşkili üçün məhz Bərzanini seçib. Buna səbəb onun həm ABŞ, həm də SEPAH rəhbərliyi tərəfindən etimad göstərilən azsaylı şəxslərdən biri olmasıdır.

Nəşrin yazdığına görə, ABŞ-ın belə bir vasitəçiyə ehtiyac duyması Vaşinqtonun Tehranla birbaşa dialoq qurmaqda üzləşdiyi çətinlikləri də ortaya qoyur.

banner

Əlaqəli Yazılar Xüsusi