Ev DünyaDemokratlardan Trampa zərbə: Hərbi səlahiyyətləri məhdudlaşdırmaq istəyirlər

Demokratlardan Trampa zərbə: Hərbi səlahiyyətləri məhdudlaşdırmaq istəyirlər

by Baş Redaktor
65 Baxış

ABŞ Konqresindəki demokratlar Prezident Donald Trampın Omanı bombalamaqla bağlı hədələrindən sonra onun hərbi səlahiyyətlərinin məhdudlaşdırılması istiqamətində yeni təşəbbüslər hazırlayır.

Army.az xəbər verir ki, bu barədə “Axios” məlumat verib.

Bildirilib ki, demokratlar prezidentin mümkün hərbi əməliyyatlarla bağlı səlahiyyətlərini məhdudlaşdırmaq üçün yeni addımlar atmağa hazırlaşırlar.

Virciniya ştatından olan demokrat senator Tim Keyn bildirib ki, təşəbbüsə respublikaçı həmkarların da qoşulacağına ümid edir. O, Trampın yeni hərbi addımlarının ABŞ və dünya üçün əlavə risklər yarada biləcəyini vurğulayıb.

banner

Keyn Senata Oman ərazisində hərbi əməliyyatların keçirilməsini qadağan edən müharibə səlahiyyətləri ilə bağlı qətnamə təqdim etmək niyyətində olduğunu açıqlayıb.

Əlaqəli Yazılar Xüsusi