İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Möhbəyi bildirib ki, yeni silahlı qarşıdurma başlayacağı təqdirdə İran əvvəlki müharibələrdə istifadə olunanlardan prinsipial olaraq fərqlənən və daha dağıdıcı silahlardan yararlanacaq.
Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Onun sözlərinə görə, hazırda SEPAH-ın raket arsenalında istifadə olunan döyüş başlıqlarının dağıdıcı gücü əvvəlki müharibələrdə tətbiq edilən nümunələrin göstəricilərini əhəmiyyətli dərəcədə üstələyir.
SEPAH nümayəndəsi qeyd edib ki, yeni müharibə baş verəcəyi halda İranın silah arsenalında əvvəlki qarşıdurmalarla müqayisədə ciddi dəyişikliklər olacaq.
