İran Silahlı Qüvvələrinin ABŞ və İsraildən gələ biləcək mümkün təhdidlərə qarşı bütün əsas istiqamətlər üzrə hazırlıqlı olduğu açıqlanıb.
Army.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əbdülrəhim Musəvi bildirib.
O qeyd edib ki, quru, dəniz və hava qüvvələri ilə yanaşı, hava hücumundan müdafiə, kosmik və kiber imkanlar da hazır vəziyyətdə saxlanılır.
Musəvinin sözlərinə görə, İran tərəfi ABŞ və İsrail tərəfindən hər hansı təhdid və ya hücum olacağı təqdirdə buna sərt cavab verməyə hazırdır.
“İran Silahlı Qüvvələri quru, dəniz, hava, hava hücumundan müdafiə, kosmik və kiber sahələrdə hazır vəziyyətdədir, ABŞ və İsrailin istənilən təhdidinə sarsıdıcı, peşmanedici və dağıdıcı cavab verəcək”.
