Ev Dünyaİmran Xan xəstəxanadan həbsxanaya qaytarıldı

İmran Xan xəstəxanadan həbsxanaya qaytarıldı

by Baş Redaktor
137 Baxış

Pakistanın keçmiş Baş naziri İmran Xan tibbi müayinədən keçirildikdən sonra yenidən həbsxanaya göndərilib.

Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

İmran Xan xəstəxanada oftalmoloq, kardioloq və terapevt tərəfindən müayinə olunub. Həkimlər onun səhhətinin həbsxanaya qayıtmasına imkan verdiyini bildiriblər.

Müayinənin Pakistan Tibbi Elmlər İnstitutunda aparıldığı, prosesdə “Şifa” Beynəlxalq Xəstəxanasının həkimlərinin də iştirak etdiyi bildirilir.

banner

Müayinədən sonra keçmiş hökumət başçısı yenidən Adiala həbsxanasına aparılıb. İmran Xanın xəstəxanaya qısa müddətə aparılması Pakistan Ali Məhkəməsinin onun tibbi müayinədən keçirilməsi ilə bağlı qərarından sonra baş verib.

Əlaqəli Yazılar Xüsusi