İran Prezidenti Məsud Pezeşkian ABŞ-ın Yaxın Şərqdə münaqişəyə başlayarkən İranın qısa müddətdə Venesuela kimi süqut edəcəyini hesab etdiyini bildirib.
Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Onun sözlərinə görə, Vaşinqtonun bu gözləntisi özünü doğrultmayıb və əksinə, İran cəmiyyətində birlik və həmrəylik daha da güclənib.
“Düşmən İranın Venesuela kimi süqut edəcəyini düşünürdü. Lakin bu baş vermədi. Əksinə, İran möhkəmliyi, birliyi və həmrəyliyi ilə bütün dünyanı təəccübləndirən bir qüvvəyə çevrildi”, – deyə Pezeşkian vurğulayıb.
İran prezidenti ölkəsinin ağır sanksiyalarla üzləşməsinə baxmayaraq, xalqın müqaviməti davam etdirəcəyini də qeyd edib.
