Ev Hərbi XəbərlərMoskva NATO-nun genişlənməsindən narahatdır — Medvedev

Moskva NATO-nun genişlənməsindən narahatdır — Medvedev

by Baş Redaktor
23 Baxış

NATO-nun fəaliyyətini və genişlənmə siyasətini tənqid edən Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Alyansı ölkəsi üçün ciddi təhlükə kimi qiymətləndirib.

Army.az xəbər verir ki, Medvedev Şimali Atlantika Alyansının Rusiya tərəfindən düşmən hərbi-siyasi blok kimi qəbul edildiyini bildirib.

Onun sözlərinə görə, NATO-nun mövcudluğu ilə yanaşı, yeni dövlətlərin Alyansa qoşulması ilə bağlı müzakirələr də Moskvanın narahatlığını artırır.

Medvedev postsovet məkanından, xüsusilə Gürcüstan və Ukraynadan NATO-ya mümkün üzvlüklə bağlı planların gündəmdə olduğunu xatırladıb.

banner

“Bu hərbi-siyasi blok bizim üçün düşməndir və genişlənməkdə davam edir. Gürcüstan və Ukraynanın NATO-ya qəbul edilməsi ilə bağlı planlar müzakirə olunur. Bütün bunların Rusiya üçün ekzistensial təhlükə yaratdığı aydındır”, – deyə o bildirib.

Əlaqəli Yazılar Xüsusi