Ev Hərbi XəbərlərAleksey Çepa: “Birbaşa müharibəyə hazır deyillər”

Aleksey Çepa: “Birbaşa müharibəyə hazır deyillər”

by Baş Redaktor
31 Baxış

Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepa Qərb ölkələrinin Rusiya ilə birbaşa hərbi qarşıdurmaya hazır olmadığını iddia edib.

Army.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Çepa bildirib ki, Qərbin hazırkı əsas strategiyası Rusiyaya qarşı birbaşa hərbi əməliyyatlardan çox, iqtisadi və daxili siyasi təzyiq vasitələrindən istifadə etməkdir:

“Bu yanaşma iqtisadiyyatın zəiflədilməsi, cəmiyyətdə parçalanmanın dərinləşdirilməsi və nəticə etibarilə ölkənin müqavimət iradəsinin sarsıdılmasına yönəlib”.

banner

Çepa hazırkı mərhələni beynəlxalq münasibətlər baxımından dönüş nöqtəsi kimi qiymətləndirib:

“Proseslərin nəticəsində Rusiya daha müstəqil dövlətə çevrilə və ya Qərbin qlobal hegemonluğu davam edə bilər”.

Əlaqəli Yazılar Xüsusi