Ev Dünya“Dünya rekordu qırdıq” – Putin Qərbin sanksiyalarına nə cavab verdi?

“Dünya rekordu qırdıq” – Putin Qərbin sanksiyalarına nə cavab verdi?

by Baş Redaktor
57 Baxış

Putin Rusiyanın üzləşdiyi sanksiyaların sayına görə dünya rekorduna imza atdığını iddia edib.

Army.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Biznes Sammitində çıxışı zamanı danışıb.

Rusiya liderinin sözlərinə görə, ölkəsi indiyədək görünməmiş iqtisadi təzyiqlərlə qarşılaşıb. O bildirib ki, sanksiyalar, gömrük rüsumları və ixrac məhdudiyyətləri müəyyən çəkindirici təsirə malik olsa da, artıq iqtisadi inkişafı tam dayandırmaq və ya rəqib dövlətlərin iqtisadiyyatlarını çökdürmək gücündə deyil.

Putin Rusiyanı beynəlxalq səviyyədə təcrid etmək cəhdlərinin nəticəsiz qaldığını da iddia edib və bunu mövcud vəziyyətin əsas nümunələrindən biri kimi göstərib.

banner

Qeyd edək ki, Vladimir Putin noyabrın 18-19-da keçirilən APEC sammitində iştirak etmək üçün Çinin Şençjen şəhərində səfərdədir.

Əlaqəli Yazılar Xüsusi