56
İran Xarici İşlər Nazirliyi ABŞ-ın həyata keçirdiyi yeni hərbi zərbələri sərt şəkildə tənqid edib.
Army.az xəbər verir ki, İran XİN-in “Telegram” kanalında yayımlanan bəyanatda ABŞ ordusunun hücumları “təcavüz aktı” kimi qiymətləndirilib və bunun beynəlxalq hüququn ciddi şəkildə pozulması olduğu bildirilib.
Nazirlik vurğulayıb ki, İran xalqı ölkənin ərazi bütövlüyünü, suverenliyini və təhlükəsizliyini qorumaqda qətiyyətlidir.