Ev Texnologiya“Koral” raketi ilk dəfə görüntüləndi

“Koral” raketi ilk dəfə görüntüləndi

by Baş Redaktor
21 Baxış

Ukraynada yeni yer-hava tipli raketin ilk dəfə ictimaiyyətə təqdim olunub.

Army.az xəbər verir ki, bu barədə Qərb hərbi nəşrləri məlumat yayıb.

“Sözügedən silahın “Koral” (bəzən “Coral” kimi də yazılır) olduğu ehtimal edilir. Raketin hazırlanması bir müddətdir məlum idi və Ukraynanın yerli hava hücumundan müdafiə sistemləri yaratmaq səylərinin bir hissəsi kimi qiymətləndirilir.

Məlumata əsasən, raket yaxın vaxtlarda Prezident Volodimir Zelenski tərəfindən təqdim edilən Ukrayna istehsalı pilotsuz uçuş aparatları, raket-dron hibridləri və digər hərbi texnikalarla birlikdə sərgidə nümayiş etdirilib.

banner

Sərgidə həmçinin “Neptun” yerüstü qanadlı raketi, “Areion” raket-dronu və “Vilkha” idarəolunan artilleriya raketi də göstərilib.

Ekspertlər bildirirlər ki, yeni raketin görünüşü onun ya sınaq modeli, ya da artıq istehsala yaxın bir mərhələdə olduğunu göstərə bilər. Lakin onun tam texniki xüsusiyyətləri hələ dəqiq deyil”, – deyə bildirilib.

Qeyd edək ki, Ukraynada yerli hava hücumundan müdafiə raketlərinin inkişafı üzrə proqram hələ 2021-ci ildən – Rusiyanın genişmiqyaslı işğalından əvvəl də mövcud idi və “Koral” layihəsi Luch Design Bureau tərəfindən təqdim edilmişdi.

Əlaqəli Yazılar Xüsusi

Leave a Comment