Ev Hərbi XəbərlərPakistan husilərin Mədinəyə hücumunu pislədi

Pakistan husilərin Mədinəyə hücumunu pislədi

by Baş Redaktor
57 Baxış

Pakistan Yəməndə fəaliyyət göstərən “Ənsarallah” hərəkatının Səudiyyə Ərəbistanının Mədinə şəhərində elektrik paylayıcı yarımstansiyaya endirdiyi hava zərbəsini qətiyyətlə pisləyib.

Army.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada məlumat verilib.

İslamabadın mövqeyinə görə, məscidlərin elektrik enerjisi ilə təmin olunmasında istifadə edilən mülki infrastruktura qarşı hücum təxribat xarakteri daşıyır.

Pakistan Xarici İşlər Nazirliyi bəyanatında Səudiyyə Ərəbistanı ilə həmrəyliyini bir daha ifadə edib.

banner

Açıqlamada vurğulanıb ki, Pakistan Yaxın Şərqdə davamlı sülhün və sabitliyin təmin olunmasına yönəlmiş təşəbbüsləri bundan sonra da dəstəkləyəcək və bu istiqamətdə səylərini davam etdirəcək.

Əlaqəli Yazılar Xüsusi