Ev TexnologiyaZelenski: Ukrayna “Patriot” və AIM raketləri əldə edib

Zelenski: Ukrayna “Patriot” və AIM raketləri əldə edib

by Baş Redaktor
35 Baxış

Ukrayna hava hücumundan müdafiə imkanlarını genişləndirir. Ölkəyə “Patriot” sistemləri üçün əlavə raketlər, eləcə də yeni AIM “hava-hava” raketlərinin göndərildiyi açıqlanıb.

Army.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə Estoniya Prezidenti Alar Karislə keçirdiyi birgə mətbuat konfransında məlumat verib.

Dövlət başçısının sözlərinə görə, Fransada istehsal olunan bir neçə “Crotale” hava hücumundan müdafiə kompleksinin və onlar üçün nəzərdə tutulan sursatın Ukraynaya tədarükü də təsdiqlənib. Bununla belə, Zelenski həmin sistemlərin hansı ölkə tərəfindən göndəriləcəyini açıqlamayıb.

Prezident əlavə olaraq bildirib ki, Ukrayna yeni AIM raketləri ilə yanaşı, “Patriot” hava hücumundan müdafiə kompleksləri üçün də əlavə raketlər əldə edib.

banner

Əlaqəli Yazılar Xüsusi