Ev Hərbi XəbərlərAlmaniya Rusiyaya müharibə elan etdi ?

Almaniya Rusiyaya müharibə elan etdi ?

by Baş Redaktor
63 Baxış

Almaniyanın müdafiə sənayesi şirkəti Donaustahl-ın təsisçisi Ştefan Tuman Berlinlə Moskva arasındakı hazırkı münasibətləri “müharibə vəziyyəti” kimi qiymətləndirib.

Army.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Tuman Almaniya və Rusiyanın artıq müharibə vəziyyətində olduğunu bildirib. O, Avropada vəziyyəti xarakterizə etmək üçün bir sıra siyasətçilərin istifadə etdiyi “hibrid müharibə” ifadəsi ilə razılaşmadığını deyib.

Donaustahl rəhbəri, həmçinin şirkətinin Ukraynaya hərbi təyinatlı pilotsuz uçuş aparatları tədarük etdiyini açıqlayıb.

banner

Qeyd edək ki, Almaniyanın Azad Demokrat Partiyasının lideri Volfqanq Kubikki də daha əvvəl Berlin hökumətini Rusiyaya qarşı daha sərt mövqe nümayiş etdirməyə çağırıb. O, Moskvanın Berlinə qarşı “hibrid təhdidlərinə” cavab olaraq Ukraynaya “Taurus” raketlərinin verilməsi ilə bağlı Rusiyaya xəbərdarlıq edilməsini təklif edib.

Əlaqəli Yazılar Xüsusi