Ev DünyaKreml: Putinlə Uitkoff və Kuşnerin görüşü sülh yolunda addımdır

Kreml: Putinlə Uitkoff və Kuşnerin görüşü sülh yolunda addımdır

by Baş Redaktor
21 Baxış

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ prezidentinin nümayəndələri Stiven Uitkoff və Cared Kuşner arasında sentyabrın 5-də keçirilən görüş Kreml tərəfindən sülh prosesində müsbət addım kimi qiymətləndirilib.

Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov görüşün sülhə aparan yolda “kiçik addım” olduğunu bildirib.

Peskovun sözlərinə görə, münaqişənin həlli istiqamətində atılan hər bir addım müəyyən əhəmiyyət daşıyır. O, ABŞ-ın danışıqlar üzrə nümayəndələrinin sülh səylərini də yüksək qiymətləndirib:

banner

“İstənilən cəhd az-çox təsirlidir; bu, sülhə doğru kiçik addımdır. Amerikanın danışıqlar üzrə nümayəndələrinin sülhməramlı səylərini yüksək qiymətləndiririk”.

Əlaqəli Yazılar Xüsusi