Rusiya Ermənistanın Gümrü şəhərində yerləşən hərbi bazadakı rusiyalı hərbçilərin çıxarılması ilə bağlı İrəvandan hər hansı müraciət almayıb.
Army.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
Qaluzin Fransanın bu məsələdə Rusiyanı əvəz etməsi ehtimalına da münasibət bildirib:
“Fransanın Ermənistanla coğrafi baxımdan uzaq olması belə fransız hərbçilərinin Gümrüdə bu rolda təsəvvür edilməsini çətinləşdirir”.
Rusiya rəsmisi Gümrüdəki hərbi bazanın Ermənistanın və bütövlükdə Cənubi Qafqazın təhlükəsizlik arxitekturasında mühüm yer tutduğunu vurğulayıb.
“Rusiya Ermənistanla müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın davam etdirilməsini, o cümlədən Paşinyanın ikitərəfli münasibətlərin ‘inventarlaşdırılması’ təklifi çərçivəsində müzakirə etməyə hazırdır”, – deyə diplomat bildirib.
