Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakının düşmən işğalından azad edilməsinin 108-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib.
Army.az xəbər verir ki, Türkiyə Prezidenti bu barədə sosial media hesabında paylaşım edib.
Ərdoğan Azərbaycanın paytaxtının azad olunması münasibətilə Azərbaycan xalqına təbriklərini çatdırıb:
“Dostumuz, qardaşımız Azərbaycanın paytaxtı Bakının düşmən işğalından azad edilməsinin ildönümünü təbrik edir, Qafqaz İslam Ordusunun komandanı Nuri Killigil Paşanı və qəhrəman əsgərlərini rəhmətlə yad edirəm”.

