Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələri Məkkənin cənubunda hava məkanına daxil olmamış “Ənsarallah” Hərəkatına məxsus pilotsuz uçuş aparatını zərərsizləşdirib.
Army.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiyanın sözçüsü Türki əl-Maliki açıqlama verib.
Onun sözlərinə görə, dron Məkkəyə çatmadan məhv edilib.
Əl-Maliki Məkkənin İslam dünyası üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O bildirib ki, şəhərdə İslamın ən müqəddəs məkanları yerləşir və Həcc ziyarətinin əsas mərkəzi hesab olunur. Bu səbəbdən Məkkənin təhlükəsizliyi Səudiyyə Ərəbistanı üçün “qırmızı xətt”dir.
Koalisiya sözçüsü həmçinin iddia edib ki, son həftələr ərzində husilər tərəfindən Məkkəyə qarşı bu, ikinci hücum cəhdidir. Onun sözlərinə görə, bundan əvvəl də ballistik raketdən istifadə olunub.
