Ev DünyaLivan Prezidenti: “İsraillə razılaşma sülh yolunu asanlaşdıra bilər”

Livan Prezidenti: “İsraillə razılaşma sülh yolunu asanlaşdıra bilər”

by Baş Redaktor
29 Baxış

Livan Prezidenti Cozef Aun ölkəsinin İsraillə razılaşma əldə etmək niyyətində olduğunu bildirib.

Army.az xəbər verir ki, bu barədə “Lebanon Files” məlumat yayıb.

Aun İsrail tərəfinin razılaşma üçün irəli sürdüyü əsas tələblərdən birinə – “Hizbullah” Hərəkatının tərksilah edilməsinə də münasibət bildirib.

“İsraillə razılaşma sülhə gedən yolu asanlaşdıra bilər. Hökumət ölkədə silahların yalnız dövlətin nəzarətində olması məqsədində qəti olsa da, bu prosesin daxili qarşıdurmaya gətirib çıxarmasını istəmir”, – Livan Prezidenti deyib.

banner

Cozef Aunun sözlərinə görə, Beyrut Livan ordusunun imkanlarının gücləndirilməsi üçün Avropa ölkələri, ABŞ və ərəb dövlətlərindən dəstək istəyib.

Əlaqəli Yazılar Xüsusi