Ev DünyaÇin ABŞ və İrana danışıqları bərpa etməyi təklif etdi

Çin ABŞ və İrana danışıqları bərpa etməyi təklif etdi

by Baş Redaktor
7 Baxış

Pekin ABŞ və İran arasında yaranmış qarşıdurmanın diplomatik yolla həllinə çağırış edib və tərəfləri “İslamabad qarşılıqlı anlaşma memorandumu”na qayıtmağa səsləyib.

Army.az xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van İ iranlı həmkarı Abbas Əraqçi ilə keçirdiyi görüş zamanı danışıb.

Van İnin sözlərinə görə, ABŞ və İran arasında münaqişənin daha uzun müddət davam etməsi nə tərəflərin, nə də beynəlxalq ictimaiyyətin maraqlarına uyğundur.

Çin XİN rəhbəri bildirib ki, Pekin Vaşinqton və Tehranın məsələyə rasional yanaşma nümayiş etdirməsini və təmkinli davranmasını vacib hesab edir.

banner

O, həmçinin tərəfləri mümkün qədər tez “İslamabad qarşılıqlı anlaşma memorandumu” çərçivəsinə qayıtmağa, əvvəl əldə edilmiş razılaşmalar əsasında danışıqlar mexanizmini yenidən işə salmağa və qarşılıqlı maraq doğuran məsələlər üzrə substantiv müzakirələr aparmağa çağırıb.

Əlaqəli Yazılar Xüsusi