İsrailin Baş naziri Benyamin Netanyahu İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasının hökumətinin əsas prioritetlərindən biri olduğunu bildirib.
Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Onun sözlərinə görə, bu məsələdə ABŞ Prezidenti Donald Trampla eyni mövqeni bölüşür və tərəflər arasında tam anlaşma mövcuddur.
Netanyahu vurğulayıb ki, uzun illərdir İranın nüvə proqramına qarşı beynəlxalq səviyyədə aparılan fəaliyyətlərin fəal iştirakçısıdır.
Baş nazir hesab edir ki, həmin təşəbbüslər və təzyiqlər olmasaydı, Tehran nüvə silahına daha əvvəl sahib ola bilərdi.
“İranın nüvə silahı əldə etməsinə imkan verilməyəcək”, – deyə Netanyahu qeyd edib.
