Ev Dünya“Heç bir rəsmi şəxs bunu deməyib” – Simonyandan 102-ci baza açıqlaması

“Heç bir rəsmi şəxs bunu deməyib” – Simonyandan 102-ci baza açıqlaması

by Baş Redaktor
35 Baxış

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan 102-ci Rusiya hərbi bazasının ölkədən çıxarılması ilə bağlı yayılan məlumatların Ermənistanın rəsmi mövqeyini əks etdirmədiyini bildirib.

Army.az xəbər verir ki, Simonyan bu barədə parlamentdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Onun sözlərinə görə, Ermənistan rəsmiləri bazanın çıxarılması ilə bağlı hər hansı qərar və ya açıqlama səsləndirməyib. Simonyan Rusiyanın bu barədə bəyanat verməsinin səbəbini də anlamadığını deyib.

“Düzünü desəm, onların niyə belə bir şey dediyini bilmirəm. Baş nazirin də qeyd etdiyi kimi, istəsələr, qalsınlar, istəsələr, getsinlər. Bu məsələ danışıqlar zamanı müzakirəyə çıxarılarsa, biz də mövqeyimizi bildirəcəyik”, – deyə o bildirib.

banner

Simonyan bir daha vurğulayıb ki, Ermənistanın heç bir rəsmi nümayəndəsi 102-ci Rusiya hərbi bazasının ölkədən çıxarılacağını açıqlamayıb.

Əlaqəli Yazılar Xüsusi