Ev DünyaTrampdan sui-qəsdlə bağlı yeni iddia: “Məlumatlar niyə gizlədilib?” – FOTO

Trampdan sui-qəsdlə bağlı yeni iddia: “Məlumatlar niyə gizlədilib?” – FOTO

by Baş Redaktor
28 Baxış

ABŞ Prezidenti Donald Tramp 2024-cü ildə Pensilvaniya ştatında ona qarşı törədilən sui-qəsd cəhdi ilə bağlı yeni məlumatlar əldə edildiyini bildirib.

Army.az xəbər verir ki, Tramp bu barədə sentyabrın 15-də “Truth Social” platformasındakı paylaşımında yazıb.

ABŞ lideri iddia edib ki, sabiq prezident Co Baydenin administrasiyası dövründə Federal Təhqiqatlar Bürosu (FTB) araşdırma ilə bağlı üzərinə düşən vəzifələri qəsdən yerinə yetirməyib. Tramp FTB-nin keçmiş direktoru Kristofer Reyin hadisənin araşdırılmasına görə “məsuliyyətə cəlb edilməli olduğunu” deyib.

“Yeni məlumatlar indicə tapılıb! Niyə bunlar əvvəllər görünmürdü? Bütün bunlar məni seçki prosesindən uzaqlaşdırmaq məqsədi daşıyan, lakin uğursuzluğa düçar olan demokratların bir planı idi”, – Tramp bildirib.

banner

Əlaqəli Yazılar Xüsusi