27
İsveçin Baş naziri Ulf Kristersson hökumət başçısı vəzifəsindən istefa verdiyini açıqlayıb.
Army.az xəbər verir ki, Kristersson bu barədə sosial media hesabında paylaşım edib.
O bildirib ki, bundan sonra ölkədə yeni hökumətin formalaşdırılması ilə bağlı prosedurun növbəti mərhələsi başlayacaq.
Baş nazirin sözlərinə görə, yeni hökumətin qurulması prosesinə rəhbərlik etmək və müvafiq addımları müəyyənləşdirmək vəzifəsi parlament sədrinin üzərinə düşür.
