Ev DünyaSaakaşvilidən məhkəmədə gözlənilməz addım: Ukrayna himnini oxudu – VİDEO

Saakaşvilidən məhkəmədə gözlənilməz addım: Ukrayna himnini oxudu – VİDEO

by Baş Redaktor
27 Baxış

Həbsdə olan Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili məhkəmə prosesi zamanı Ukrayna himnini ifa edib.

Army.az xəbər verir ki, bu barədə Saakaşvilinin “Facebook” səhifəsində onun şərhi və himni oxuduğu video yayımlanıb.

Saakaşvili bildirib ki, məhkəmə iclasında Ukrayna Silahlı Qüvvələrinin formasını geyinməsinə icazə verilməyib. O, bunun əvəzinə Ukrayna himnini oxumağa qərar verdiyini qeyd edib.

Sabiq prezident musiqi duyumunun yaxşı olmadığını etiraf edərək, himni çox pis oxuduğunu yazıb.

banner

Saakaşvili niyə Gürcüstan deyil, Ukrayna himnini oxuduğuna dair mümkün suallara da cavab verib. O, bunun səbəblərindən birinin Ukraynanın müharibə aparması, digərinin isə özünü “mübarizə aparan Ukraynanın qürurlu vətəndaşı” hesab etməsi olduğunu bildirib.

Əlaqəli Yazılar Xüsusi