Ev DünyaPaşinyan: “Ermənistan-Rusiya münasibətləri artıq əvvəlki kimi olmayacaq”

Paşinyan: “Ermənistan-Rusiya münasibətləri artıq əvvəlki kimi olmayacaq”

by Baş Redaktor
12 Baxış

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanla Moskva arasındakı mövcud münasibətlər və gələcək perspektivlər barədə diqqətçəkən açıqlamalar verib.

Army.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Hökumət başçısı iki ölkə arasındakı münasibətlərin dəyişməsinin qaçılmaz olduğunu vurğulayıb.

Paşinyanın sözlərinə görə, bu proses konkret olaraq hər hansı şəxs və ya siyasi qüvvədən asılı deyil:

banner

“Rusiya ilə münasibətlərimiz qaçılmaz olaraq dəyişəcək. Bu, hər hansı bir şəxs və ya siyasi qüvvə ilə bağlı deyil. Hakimiyyətdə kim olursa-olsun, Ermənistan və Rusiya münasibətləri bundan sonra əvvəlki kimi olmayacaq”.

Baş nazir qeyd edib ki, tərəflər yaranmış yeni reallıqlara və şəraitə uyğunlaşmalı olsalar da, münasibətlərdəki dəyişiklik prosesi artıq geri dönməz xarakter alıb.

Əlaqəli Yazılar Xüsusi